Repetitor müəllimlər üçün proqram

Dəftəri bağlayın.Hər şey bir yerdə.

Şagirdlər, aylıq ödənişlər və borclar, onlayn imtahanlar, sual bankı və valideyn girişi – bir proqramda. Siz dərs deyin, qalanını proqram yadda saxlayır.

Kart lazım deyil · WhatsApp-a yazın, hesabınızı açaq

app.repetitoredu.az
Panel
Panel
Kompüter + telefon

Hörmətli müəllim, şagirdlərinizi hələ də harada qeyd edirsiniz?

Dəftərdə? Excel-də? WhatsApp-da?

Hamısı bir proqramda.

Bir proqram. Bütün işiniz.

Ödənişlər

Borc kimdə?Proqram bilir.

Hər şagirdin aylıq haqqı öz günündə hesablanır. Kim ödəyib, kim gecikir, kimdə borc qalıb – bir baxışda görürsünüz. Ödəniş günü gələndə valideynə WhatsApp xatırlatması hazır mesajla açılır, siz yalnız "Göndər" basırsınız.

  • WhatsApp xatırlatma
  • Qismən ödəniş və avans
  • Məbləğləri gizlət
  • Aylıq analitika
Ödənişlər

Onlayn imtahanlar

Testdən köçürmək?Alınmayacaq.

Şagirdlər bir linklə, öz adı və şəxsi PIN-i ilə telefondan girir. Suallar və variantlar hər kəsdə fərqli sıradadır, ekranda şagirdin adı yazılır, imtahandan çıxan hər dəfə qeyd olunur. Siz canlı izləyirsiniz, vaxt bitəndə nəticələr özü hesablanır.

  • Link + PIN ilə giriş
  • Qarışıq sıra
  • Canlı izləmə
  • Avtomatik nəticə

Sual bankı və PDF

PDF-dəki testlərsual bankınıza.

Hazır test PDF-ini yükləyin – proqram mətni oxuyur, sualları və variantları ayırır, şəkilləri kəsib qoyur. Siz bir səhifədə yoxlayıb təsdiqləyirsiniz. Suallar mövzulara bölünür, imtahanı bankdan bir neçə kliklə yığırsınız.

  • PDF test idxalı
  • Düsturlar və şəkillər
  • Mövzular üzrə bank
  • Avtomatik seçim

Valideyn girişi

Valideyn soruşmur.Özü görür.

Valideyn telefon nömrəsi ilə girir və yalnız öz övladını görür: imtahan nəticələri, mövzular üzrə zəif yerlər, ödənişlər və borc, sizin paylaşdığınız qeydlər. Daha az zəng, daha çox etibar.

  • Öz övladını görür
  • Nəticələr və mövzular
  • Ödənişlər
  • Müəllimin qeydləri

Panel

Səhər açırsınız.Gününüz hazırdır.

Panel bu gün nə etməli olduğunuzu göstərir: hansı imtahan gedir, kimə xatırlatma göndərmək lazımdır, neçə açıq cavab yoxlanmalıdır. Kompüterdə, planşetdə və telefonda eyni rahatlıqla.

  • Bu gün nə etməli
  • Kompüter, planşet, telefon
  • Gündüz və gecə rejimi
app.repetitoredu.az
Panel
Panel

Başlamaq 3 addımdır

  1. 1

    WhatsApp-a yazın

    Bir mesaj kifayətdir. Fənninizi deyin, hesabınızı açaq.

  2. 2

    7 gün pulsuz işləyin

    Bütün imkanlar açıqdır. Şagirdlərinizi əlavə edin, ilk imtahanı keçirin.

  3. 3

    Paketi seçin

    Bəyəndinizsə, 1, 3 və ya 6 aylıq paket seçirsiniz. Məlumatlarınız yerində qalır.

Sizə uyğun paket

Hər paketi əvvəlcə 7 gün pulsuz sınayın. Qiymətləri WhatsApp və ya Instagram-da yazın – sizə dərhal deyək.

Başlanğıc

Yeni başlayanlar üçün

1, 3 və ya 6 aylıq

  • Şagirdlər, qruplar, valideynlər
  • Aylıq ödənişlər və WhatsApp xatırlatma
  • Onlayn imtahanlar – ayda 2
  • Canlı izləmə və anti-köçürmə
  • Sual bankı, nəticələr, valideyn girişi
Ən çox seçilən

Standart

Müntəzəm sınaq keçirənlər üçün

1, 3 və ya 6 aylıq

  • Başlanğıcdakı hər şey
  • Limitsiz onlayn imtahan
  • Hər həftə sınaq, hər gün mini test
  • Nəticələr cədvəli və Excel faylı

Premium

Ən çox iş görənlər üçün

1, 3 və ya 6 aylıq

  • Standartdakı hər şey
  • PDF test idxalı – sualları yenidən yazmırsınız
  • Skan olunmuş PDF-lər də oxunur
  • Statistika və analitika

Bütün paketlərdə: 150-yə qədər şagird · kompüter və telefon · 3 dil

Qurucu müəllim

İlk müəllimlərimiz qurucu olur – qiymətlər sonra qalxsa da, onların qiyməti dəyişmir.

Müəllim dəvət edin

Dəvət etdiyiniz müəllim ilk ödənişini edəndə sizə 1 ay pulsuz.

Niyə RepetitorEdu?

Heç nə yükləmirsiniz

Brauzerdə açılır – kompüter, planşet, telefon.

3 dildə

Azərbaycan, rus və ingilis dili – hər kəs öz dilində.

Məlumatlarınız sizindir

Hər müəllim yalnız öz şagirdlərini görür, valideyn yalnız öz övladını.

Sadə ekranlar

Kompüterlə az işləyən müəllimlər üçün də aydın və rahat.

Tez-tez verilən suallar

Proqramı yükləmək lazımdır?

Xeyr. RepetitorEdu brauzerdə açılır – kompüterdə, planşetdə və telefonda. Heç nə quraşdırmırsınız.

Şagirdlər imtahana necə girir?

Siz imtahan linkini qrupa göndərirsiniz. Şagird linki açır, siyahıdan adını seçir və öz 6 rəqəmli PIN-ini yazır. Telefondan da, kompüterdən də olar.

Qiymətlər nə qədərdir?

Qiymətləri WhatsApp və ya Instagram Direct-də dərhal deyirik. Əvvəlcə 7 gün pulsuz sınayın, sonra qərar verin.

7 gün bitəndən sonra nə olur?

Bəyəndinizsə, paket seçirsiniz və davam edirsiniz – əlavə etdiyiniz şagirdlər, ödənişlər və suallar yerində qalır.

Hansı PDF-ləri yükləmək olar?

Kompüterdə hazırlanmış test PDF-ləri ən yaxşı oxunur. Skan olunmuş səhifələri də proqram tanıyır. Ayrılan sualları təsdiqləməzdən əvvəl siz yoxlayırsınız.

Valideynlər nəyi görür?

Yalnız öz övladını: imtahan nəticələrini, ödənişləri və sizin "valideyn görsün" dediyiniz qeydləri. Başqa şagirdləri görmür.

Siz dərs deyin.Qalanı bizdə.

Bir mesaj yazın – 7 günlük pulsuz hesabınızı açaq.

Pulsuz sına